Zərdab sakini Qərib Məmmədovdan kömək istəyir

0
61
Qərib Məmmədov
Qərib Məmmədov

Zərdab rayon sakini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri  Qərib Məmmədovdan kömək istəyib. Müraciətdə deyilir:

“Mən Məmmədov Fərhad mətbuat vasitəsilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov cənablarına bildirirəm ki, 2006 -cı ildə Zərdab rayon Çallı kənd bələdiyyəsinə məxsus və mənim pay torpağımın sərhəddində yerləşən ərazisindən 3 hektar torpağı 25 illiyə icarəyə götürmüşəm. Avqust ayında katastr çıxarışı almaq üçün lazım olan sənədləri toplayaraq  Zerdab Rayon Torpaq Şöbəsinə müraciət etdim. Onlar 2 avqustda mənim sənədlərimi DTXK-yə göndəriblər. Keçən bu müddət ərzində nəinki mənim katastr çıxarışım düzəlməyib, əksinə, mənim sənədlərimi geri Zərdab Rayon Torpaq Şöbəsinə göndəriblər. Mən hansı əsaslarla sənədlərimin geri qaytarıldığını bu gün də anlaşım deyiləm.
Qarşıdan buğda əkilmiş torpaqlara dövlət tərəfindən ayrılmış subsidiyalar üçün sənəd yığımı başlanır. Kənd Təsərrüfatı Nazirliyinin tapsırığı ilə dövlət aktı olmayan torpaqlara bu subsidiyalar şamil olunmur. Mən hörmətli Qərib Məmmədov cənablarından xahiş edirəm ki,  mənə katastr çıxarışı almaqda köməklik göstərsin. Yoxsa mən dövlət tərəfindən ayrılmış subsidiyanı ala bilməyəcəyəm”.

Moderator.az