Xanməmmədli və Hüseynxanlı kəndlərinə qaz nə vaxt veriləcək?

1
152

ZərdabZərdab rayonu Xanməmmədli və Hüseynxanlı  kəndinin sakinləri kəndə qaz verilməməsindən şikayətçidirlər.

Kənddə 3-il  yarım bundan öncə qaz boruları çəkilb  8  ay öncə isə evlərə qaz xətti çəkilib, lakin bunlara baxmayaraq, Xanməmmədli və Hüseynxanlı  kəndində hələ də qaz yoxdur. Xanməmmədli kənd sakinlərinin verdiyi  məlumata  görə, Gəlmə və Salahlı kəndinə qaz verilsə də onların kəndinə hələ də qaz verilməyib.

Avropa.info-ya müraciət edən kənd sakinlərinin sözlərinə görə, kənd sakinləri mövcud vəziyyətlə bağlı narahatlıqlarını bildiriblər. Onların bildirdiyinə görə, soyuq qış aylarında qazın olmaması sakinlər üçün ciddi problemlər yaratmaqdadır. Məhz bu səbəbdən sakinlər tez bir zamanda evlərə qaz verilməsini istəyirlər.

Mövzu ilə əlaqədar  “Azəriqaz ASC”-dən mövqe öyrənmək isə mümkün olmadı. “Azəriqaz ASC”-nin əlaqə saxlamaq istədiyimiz  telefon  nömrələri cavab vermədi.

Qeyd edək ki, 4 ay öncə,  Avropa.info-ya açıqlama verən “Azəriqaz ASC” mətbuat xidmətinin rəhbəri Araz Ağayev regionlara qaz xəttinin çəklişini 2014-2018 dövlət proqramına uyğun olaraq çəkildiyini bildirmişdi: “Zərdab rayonunun Xanməmmədli kəndində 86 abonent var. Qəbul olunmuş dövlət proqramına əsasən, bu il qazla təmin olunacaq, həmin kənd 2014-cü ildə qaz veriləcək kəndlərin siyahısındadır”.

Lakin, hörmətli Araz Ağayevin dediyi vaxtdan 4 ay ötməsinə baxmayaraq, kənd sakinləri hələ də qazsızdır. “Azəriqaz ASC” isə 2014-cü ildə kəndə qaz veriləcəyinə söz verib. Həmin vaxta isə cəmi 2 ay qalıb.

Mövzunu davam etdirəcəyik.

avropa.info

1 comment

Comments are closed.