Kəndəbil kəndindən FOTOLAR

4
163

KürBu kənd uzun illər Gəndəbil adlanıb. Hazırda isə Kəndəbil adını daşıyır. Kənd Zərdab şəhərinin 18 kilometr cənub-şərqində, Kür çayının sahilində yerləşir. Uzun illər Gəndəbil adlanan kəndin adının bəzi mütəxəssislərin təşəbbüsü ilə Kəndəbilə çevrilməsi yerli sakinlər tərəfindən birmənalı qarşılanmayıb. Məsələ burasındadır ki, Azərbaycanda və ümumən türk dünyasında yer bildirən adlar “kənd” sözünü heç zaman ön şəkilçisi kimi qəbul etməmişdir.

Əksinə, yer adlarında “kənd” sözü sonluqda işlənir. Hacıkənd, Təzəkənd, Körpükənd, Alıkənd, Daşkənd, Qasımkənd və s. Deyək ki, heç yerdə hələ ki, Kəndhacı, Kəndtəzə, Kəndkörpü tipli adlara təsadüf edilmir, yalnız Zərdabda Kəndəbil adı bu tipə yeganə nümunədir. Mənası “Əbilin kəndi” anlamına gəlir.

Bir iddia da var ki, guya “Kəndə” sözü farsca “qazılmış” yer, “bil” isə ərəbcə “ilə” mənasını verir, lakin göründüyü kimi, bu fikir heç bir məntiqə əsaslanmır. Xatırlatmaq yerinə düşər ki , H. Zərdabi 1882-ci ildə Kəndəbilin 100 evdən ibarət bir kənd olduğunu yazmışdır. Zərdabi onu da yazır ki, Kəndəbil Zərdabdan ayrılandan sonra bina edilib, lakin sonralar kəndin bir çox sakinləri doğma yerlərinə – Zərdab kəndinə qayıdıblar. 1887-ci ildə Kəndəbildə cəmi 35 ev, 188 sakin olub.

Kənd sakini, fotoqraf Nəsimi Hacıbabayev kənddən çəkdiyi fotoları Zerdab.com saytına göndərib. N. Hacıbabayevə təşəkkür edir və həmin fotoları oxucularımıza təqdim edirik.

Zerdab.comKəndəbil kəndiKəndəbil kəndiKəndəbil kəndiKəndəbil kəndiKəndəbil kəndiKəndəbil kəndiKəndəbil kəndiKəndəbil kəndiKəndəbil kəndi

4 ŞƏRH

Comments are closed.