Şad xəbər: Zərdabın daha 2 kəndinə təbii qaz verildi

3
31

ZərdabZərdab rayonunda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində əhalinin sosial problemlərin həlli istiqamətində görülən işlər diqqət mərkəzində saxlanılır, genişmiqyaslı quruculuq və abadlıq işləri davam etdirilir.

Rayonda əhalinin, xüsusən kəndlərdə yaşayanların təbii qaza olan ehtiyacının ödənilməsi sahəsində görülən işlər isə daha sevindiricidir.

Rayon İcra hakimiyyəti başçısının cari ilin iyul ayında Xanməmmədli kəndində əhali ilə keçirilən səyyar qəbul-görüşü zamanı sakinlər əraziyə qaz xəttinin çəkilişinin sürətləndirilməsinə köməklik göstərilməsini xahiş etmişdilər. Bununla bağlı rayon rəhbərliyi tərəfindən əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılmışdır.

27 noyabr 2014-cü il tarixdə rayonun Hüseynxanlı və Xanməmmədli kəndlərində yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirildi. Kəndlərdə 14486 paqonometr daşıyıcı və paylayıcı xətt çəkilmiş, Xanməmmədli kəndində 82, Hüseynxanlı kəndində 79 olmaqla – cəmi 161 evə sayğac quraşdırılmış, qaz pilətələrinin quraşdırıldığı məsafəyə qədər xətt çəkilmişdir.

Açılış mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev hər iki kəndin sakinlərini bugünkü mühüm hadisə münasibətilə təbrik etdi. Bildirdi ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində bu günədək rayonun 10 yaşayış məntəqəsinə təbii qaz verilmişdir. Artıq bu gün 12-ci yaşayış məntəqəsi təbii qazla təmin edildi. Hazırda digər yaşayış məntəqələrinə də qaz xəttinin çəkilişi davam etdirilir. Qeyd edildi ki, Azərbaycanın hərtərəfli inkişafı və xalqımızın firavan yaşayışının təşkili istiqamətində ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən yaxın illərdə rayonun bütün yaşayış məntəqələri mavi yanacaqla  təmin ediləcəkdir.

Kənd sakinləri çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

İnşaat işlərində fəallıq göstərən bir qrup işçiyə qiymətli hədiyyələr təqdim olunub.

Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılıb.

Açılış mərasimində “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Mirməhəmməd Seyidov iştirak etmişdir.

 Zərdab Rayon İcra HakimiyyətiZərdabZərdab

3 ŞƏRH

Comments are closed.