Beşikdən başlanan həyat yolumuz

0
54

BeşikKörpələr möhtacdı ana südünə

Laylamız çalınıb beşik başında,

Beşikdə böyüyüb, dil açmışıq biz.

Beşik necə qalıb de, yaddaşında?

Ordan pərvazlanıb, qol açmışıq biz.

***

Kim deyir, beşiyin dövranı gedib?

Beşiyi tutmayaq bu qədər ucuz.

Bizləri dözümlü, fədakar edib,–

Beşikdən başlanan həyat yolumuz.

***

Körpələr böyüyür beşiksiz indi,

Nədir, laqeydlik yeriyib qana?

O qədər olub ki, gərəksiz indi,

Beşiklər keçibdi arxa plana?

***

Daha körpəsinə layla çalan yox,

İşləri kim salıb belə çətinə?

“Malış” rol oynayır indi daha çox,

Körpələr möhtacdı ana südünə.

***

Ananın laylası ilahi bir səs,

Qəlbə nur yeriyir, məlhəm yeriyir.

Beşikdə laylası çalınmayan kəs

Mübariz, ərköyün, cığal böyüyür.

 

Mübariz SƏFİYAROĞLU