Zərdab və Ucarda “Vətənimizi sevək-tariximizi öyrənək!”

0
44

Vətənimizi sevək-tariximizi öyrənək“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Zərdab və Ucar rayonlarında “Vətənimizi sevək-tariximizi öyrənək!” adlı layihənin icrasına başlamışdır.

Layihənin məqsədi gənclərə Azərbaycanın milli dövlət atributlarını uca tutmağı, vətəni sevməyi aşılamaq və xalqımızın dövlətçilik salnaməsini öyrətməkdən ibarətdir.

Layihə zamanı gənclərə tariximizin ən parlaq səhifələrindən olan dövlətçilik səlnamələri və xüsusi ilə müsəlman şərqində ilk parlament respublikası olan – Azərbaycan Xalq Cümhuriyyətinin tarixi çatdırılacaqdır. Bu səhifənin tarixdə özünəməxsus yeri, Azərbaycan tarixində mənası, mahiyyəti və əhəmiyyəti vardır. Tariximizin bu parlaq səhifəsinin mahiyyət və əhəmiyyətini gənc nəsillərə çatdırmaq, onlar arasında təbliğ etmək çox əhəmiyyətlidir. Bundan əlavə layihədə gənclər arasında Azərbaycanın dövlət atributları da təbliğ olunacaqdır. Layihədə müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti tarixi və bu  tarixidən keçən dövr ərzində müasir dövlətçilik tariximiz barədə fikirləri də gənclərə çatdırılacaqdır. Bu məqsədlə layihə zamanı təlimlər, təqdimatlar və maarifləndirici seminarlar keçiriləcəkdir.

Layihə təklifimizi dəstəklədiyi üçün “Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Gənclər Fonduna öz minnətdarlığını bildirir.

Hörmətlə,

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri: Eldar Xəlilov