İcra Hakimiyyəti Zərdabda görülmüş işlərin hesabatını verdi

1
54

Zərdab rayonu

Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

2014-cü ilin sosial-iqtisadi göstəricilərinə aid diaqramlara, rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarına və inşaat materiallarından ibarət sərgiyə baxış olub. Sonra ötən il görülən işləri əks etdirən videolent nümayiş etdirilib.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev hesabat məruzəsində bildirib ki, 2014-cü ildə rayonda bütün sahələrdə dinamik inkişaf nəzərə çarpıb. Rayon iqtisadiyyatının əsas sahələrində 80 milyon manatdan yuxarı məhsul və xidmətlər istehsal olunub. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 82,1 faiz təşkil edib. Ötən il Zərdabda 305 yeni daimi iş yeri açılıb. Quruculuq-abadlıq işləri də diqqət mərkəzində saxlanılıb. Belə ki, Heydər Əliyev parkında və prospektində, digər 10 küçədə, Qumlu yaşayış massivində, eyni zamanda Məlik Məhərrəmov, Füzuli və Məmmədəmin Rəsulzadə küçələrində mühüm sosial infrastruktur layihələr həyata keçirilib. Heydər Əliyev Fondunun məktəbəqədər tərbiyə müəssisələrinin inkişafı layihəsi çərçivəsində 2 körpələr evi-uşaq bağçasının tikintisinə başlanılıb. Milli Təhlükəsizlik Nazirliyi Zərdab rayon şöbəsinin inzibati binasının tikintisi başa çatdırılıb. Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Regional Xidmət Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin rayon idarəsinin inzibati binalarında tikinti işləri sürətlə davam etdirilib. Mərkəzi Rayon Xəstəxanasının inşasında ləngimələrə yol verilməyib. Ötən il 8 kəndə mavi yanacaq verilib. Digər 9 yaşayış məntəqəsində qazlaşdırma işləri davam etdirilib. Hesabat dövründə şəhər əhalisinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Müxtəlif diametrli borularla 68145 metr şəhərdaxili su xətti çəkilib. Kənd təsərrüfatı sahəsində də uğurlar əldə olunub. Belə ki, sahələrdən 16585 ton arpa, 33147 ton buğda, ümumilikdə 49732 ton taxıl istehsal olunub. Hər hektardan məhsuldarlıq 27,6 sentner təşkil edib. Fermer təsərrüfatlarının sayı isə 44-ə çatdırılıb. Hesabat ilində təhsilin keyfiyyətinin artırılması məqsədilə lazımi addımlar atılıb. Məzunların 4 nəfəri 600-dən çox bal toplayıb. 2014-cü il ərzində rayonun ərazisində, magistral avtomobil yollarının kənarlarında 30 min ədəddən çox şam, sərv, küknar, çinar, qaraağac, qovaq və digər ağaclar əkilib.

Hesabat yığıncağında qarşıda duran vəzifələr də ətraflı müzakirə olunub.

Prezident Administrasiyasının məsul əməkdaşı Pənah Cahangirov və millət vəkili Jalə Əliyeva ötən il ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan, icra olunan mühüm layihələrdən söz açıblar.

2014-cü ildə əmək fəaliyyətində fərqlənən bir qrup şəxslərə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.

Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Zərdab Rayon İcra HakimiyyətiZərdab rayonu

1 comment

Comments are closed.