Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Zərdab sakinlərini qəbul edəcək

0
177

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov noyabrın 27-də Göyçay rayonunda vətəndaşları qəbul edəcək.

Komitədən bildirilib ki, qəbulda Göyçay, Ucar, Kürdəmir, Zərdab, İsmayıllı rayonlarında yaşayan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11-də Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlarda yaşayan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin Aparatı: (daxili 105 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi: , .