Zərdablı əsgər şəhid oldu

0
164

Cəbhədə gedən şiddətli döyüşlərdə Zərdablı əsgər şəhid olub. Zerdab.com saytı xəbər verir ki, bu barədə sosial şəbəkədə rayon sakini Coşqun Abdullayev məlumat verib. C. Abdullayevin açıqlamasını təqdim edirik: “Əziz həmyerlilərimiz, Zərdab rayonunun Böyük Dəkkə kənd sakini, 1994-cü il təvəllüdlü Abdullazadə Nurlan Rasim oğlu Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi bu gün saat 13:30-da dəfn olunması üçün Zərdab rayonuna gətiriləcək. Qarşılanma mərasimi “4 yol” ərazisində olacaq. Hamınızı şəhidimizə qarşı son vəzifənizi yerinə yetirməyə çağırırıq. Hamımız şəhid həmyerlimizin qarşılanmasında və dəfnində iştirak edək. Başın sağ olsun, vətən. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.