Zərdabda referendumla bağlı hazırlıq işləri başa çatıb

0
44

Bu il sentyabrın 26-da keçiriləcək referendumla bağlı Zərdab rayonunda hazırlıq işləri başa çatıb. 92 saylı Zərdab-Ucar Dairə Seçki Komissiyasının sədri Mehdi İsmayılovun  bildirdi ki, dairəyə aid olan 48 seçki məntəqəsinin hər birində təlimata uyğun tədbirlər görülüb. Seçki məntəqlərindən 8-də veb-kamera quraşdırılıb. “Hazırda referendumda səhhəti ilə bağlı iştirak edə bilməyən şəxslərin yazılı və şifahi müraciətləri qəbul olunur. Biz o müraciətlər əsasında bu şəxslərin olduqları ünvanda seçki hüququndan istifadə etmələrinə şərait yaradacağıq” deyə M. İsmayılov bildirib.

Qeyd edək ki, 92 saylı Zərdab-Ucar seçki dairəsində 41 066 nəfər seçici var.

Zerdab.com