Zərdabda müsabiqəyə yekun vurulub FOTOLAR

0
75

Zərdab Rayon Gənclər və İdman İdarəsinin və Zərdab Rayon Təhsil Şöbəsinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq 1-16 oktyabr 2017-ci il tarixlərdə məktəblilər arasında keçirilən “Şəhidlər qürur mənbəyimizdir” mövzusunda keçirilən inşa yazı müsabiqəsinə yekun vurulub. Zerdab.com saytına verilən məlumata görə, müsabiqədə I yeri Ş. Qurbanov adına 2 saylı tam orta məktəbin XI sinif şagirdi Babayeva Qönçə Yusif qızı, II yeri H. B. Zərdabi adına 1 saylı məktəb litseyin XI sinif şagirdi Məmmədova Gülər Rahib qızı, III yeri S. Vurğun adına Qaravəlli kənd tam orta məktəbinin X sinif şagirdi Salmanzadə Nərmin Möhübbət qızı, IV yeri Əlibəyli kənd tam orta məktəbinin IX sinif şagirdi Hidayətova Rəvanə Fuad qızı tutub. Qaliblərə Zərdab Rayon Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri təqdim olunub.

Zerdab.com