Həmyerlimizin təklifləri Milli Məclisdə qəbul olundu FOTO

0
38

Xəbər verdiyimiz kimi, bugünlərdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilib. Milli Məclisdə müzakirəyə çıxarılan məsələ üçüncü oxunuşdan səs çoxluğu ilə keçib. Bununla da artıq bəzi ictimai yerlərdə siqaret çəkənlər cərimələnəcəklər. Qanunun qəbul edilməsində əsas məqsəd siqaretin ətrafdakı insanlara verdiyi zərərli təsirlərin qarşısını almaqdır.

Qanun layihəsinə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində,hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilməyəcək.

Zerdab.com saytına verilən məlumata görə, Milli Məclisə təqdim olunan və müzakirə edilərək qəbul edilən bu qanunun hazırlanmasında böyük əməyi olanlardan biri də həmyerlimiz, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və ASAN Xidmətin bilikdə lahiyəsi olan “Könüllülər Parlamenti 2017″nin komitə sədri İbrahim Nemanoğludur.

Belə ki, “Könüllülər Parlamenti 2017” bu il Şamaxı rayonunda yerləşən Vergilər Nazirliyinin Təlim-tədris mərkəzində keçirilib. Tədbirdə 49 gənc deputat təmsil olunub. “Könüllülər Parlamenti 2017” də 7 komitə iştirak edib. Hər gün bütün komitələrin öz sessiyaları keçirilib. Yekun plenar iclas oktyabr ayının 29-u təşkil olunub. Komitələrin qəbul etdiyi qanun lahiyələri və onlara əlavə və dəyişikliklər oxunaraq səsverməyə çıxarılıb. Səsvermə nəticəsində 7 komitədən yalnız 4-ü yekdilliklə səs yığaraq qəbul edilib. Qalib komitələrdən biri də “Regional Məsələlər Komitəsi” olub. Bu komitənin qanun layihəsi “Tütün və tütün məmulatları haqqında Azərbaycan Respublikası qanununua əlavə və dəyişikliklər” idi. Komitə sədri, həmyerlimiz İbrahim Nemanoğlunun qanun layihəsinə etdiyi əlavə və dəyişikliklər qəbul olunaraq Azərbaycan Respublikası Milli Məclisinə göndərilib.

Milli Məclisin payız sessiyasının iclasında Regional Məsələlər Komitəsi də iştirak ederək, “Tütün və Tütün məmulatları haqqında Azərbaycan Respublikası qanunu”na əlavə və dəyişikliklər müzakirə olunub. Könüllülər Parlamentində qəbul olunmuş “Tütün və Tütün məmulatları haqqında qanun”a edilmiş əlavələrdən iki maddə qəbul olunaraq Milli Məclisdə təsdiq edilib…