Zərdabın dəyərli ziyalısı Allahverdi Əhmədov dünyasını dəyişib

0
92

Zərdab rayonunun Qoruqbağı kəndinin ağsaqqalı, ziyalısı, 90-cı illərdə kənd orta məktəbinin direktoru işləmiş Allahverdi Əhmədov dünən vəfat edib. Allahverdi müəllim sözün həqiqi mənasında el-obası üçün əsl canıyanan, xeyirxah insanlardan biri idi. Həmişə ona müraciət edən insanların yardımına çalışar, köməkliyini əsirgəməzdi Allahverdi müəllim. El-obasını şad, yeniyetmə və gənclərini təhsilli görmək istəyirdi. Yetişdirdiyi 4 dəyərli, ziyalı, vətənpərvər övladla yanaşı, bir vaxtlar dərs dediyi şagirdlər də onun davamçılarıdır.

Allahdan Allahverdi müəllimə rəhmət diləyir, məkanı cənnət olsun deyirik.

Zerdab.com saytının kollektivi