Bu gün də rəhmətlə anılan Zərdablı polis mayoru…

0
236
Asif Abdurrəhmanov-Zerdab-

Bu gün – həmyerlimiz, 1996-cı il martın 12-də dünyasını dəyişmiş mayor Asif Abdurrəhmanovun ildönümüdür. Zerdab.com xəbər verir ki, Asif Abdurrəhmanov Ucar Rayon Polis Şöbəsində rəis müavini işləyirdi. İşlədiyi kollektivdə işgüzarlığı ilə fərqlənirdi. O bir polis mayoru kimi Qarabağ müharibəsində cəsur polis işçisi kimi vuruşmuşdu. 1988-ci ildən 1994-cü ilə kimi dəfələrlə ölüm təhlükəsi ilə üzləşmişdi. Ağdərə, Xankəndi, Ağdam və Laçın böıgələrində döyüşən oğullarımız onun qəhrəmanlığını bu gündə xatırlayırlar. Bu işgüzar insan Həsən bəy Zərdabi, Z. Adığözəlov şəcərəsinin davamçısı elə iş başında da dünyasını dəyişdi. 39 yaşı var idi. 1996-cı il martın12-i.

Asif Abdurrəhmanov-Zerdab-polis-mayorBu gün təkcə onun ailəsini, uşaqlarını, həyat yoldaşını deyil, həm də həmyerlilərini, dost-tanışlarını və iş yoldaşlarını sarsıtdı.

Ömrünün ən çiçəkləndiyi bir dövrdə – 39 yaşında ailəsi ilə, bu gözəl dünya ilə vidalaşdı Asif Abdurrəhmanov. Lakin bir təskinlik var – o daim yad edilir, el-obasına bağlı, yaxşı bir insan kimi xatırlanır. 22 il bundan qabaq 2 körpə övladı qalan Asif müəllimin artıq bu gün övladları böyüyüblər. Qızı Aysel müəllimə – ailəli, iki övlad anasıdır, oğlu Murad polis kapitanıdır. Yəqin ki, indi onun ruhu şaddır. Çünki övladları onun adına layiq böyüyüblər. Ruhun şad olsun, Allah rəhmət eləsin. Amin.

Asif Abdurrəhmanov-Zerdab-polis-mayorAsif Abdurrəhmanov-Zerdab-polis-mayor