Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə rayon sakinləri məlumat veriblər.
Zərdab rayon sakini, 1992-ci il təvəllüdlü Dəyanət Kərimlinin idarə etdiyi “Mercedes” markalı minik avtomobili Qalib Əsədovun idarə etdiyi minik maşınına çırpılıb.
Yüksək sürətlə hərəkətdə olan avtomobillərdən birinin sürücüsü toqquşma nəticəsində idarəetməni itirib və avtomobil aşaraq kanala düşüb.
Qəza nəticəsində ölən olmasa da, yaralananlar var.
Sakinlərin köməyi ilə kanala düşmüş avtomobil kran vasitəsi ilə çıxarılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qəza yerindən çəkilmiş videonu təqdim edirik.
Yeni avaz