Prezident İlham Əliyev həmyerlimizi “Tərəqqi” medalı ilə təltif edib

0
44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Zerdab.com xəbər verir ki, sərəncama əsasən, təltif edilənlər arasında Zərdabi yurdunun dəyərli ziyalısı, həmyerlimiz, Aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” və Ali Media Mükafatı laureatı Eldəniz Əli oğlu Həsənov da var.

Eldəniz Əli oğlu Həsənov kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, Eldəniz Həsənov 1 aprel 1958-ci ildə Zərdab rayonunun Dəli Quşçu kəndində ziyali ailəsində anadan olub.

Hörmətli ziyalımızı təbrik edir, ona işlərində yeni-yeni uğurlar arzulayırıq!