“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gələn il yeni yolların tikintisinə başlayacaq”.
Zerdab.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, artıq həmin yolların layihələri hazırdır: “Gələn il Gəncədən Qırmızı Körpüyə qədər olan yolun 2-ci texniki dərəcədən 1-ci texniki dərəcəyə keçirilməsi nəzərdə tutulub. Bundan başqa, Ucar-Zərdab-Ağcabədi və Biləsuvar-Bəhrəmtəpə yolları, eləcə də Xaldan-Gürcüstanla dövlət sərhədi yolunun Xaldan-Şəki hissəsi yenidən qurulacaq”.