Biləsuvara ova gedən Zərdab sakini saxlanılıb – Nazirlikdən açıqlama

0
79
ov-qus-ovu-ekologiya-gol

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun Platina adlanan ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Zerdab.com saytına verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Cənnət Zamanov, Ruxi Hüseynov və Zərdab rayon sakini Cavid Sadıqov olduğu müəyyən edilib. Onlardan ov tüfəngləri götürülüb.

Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 3000 manat məbləğində cərimə tətbiq edilib.