Zərdabda “Region gənclərindən ictimai fəallığa ilk addım” layihəsinin icrası davam edir

0
43

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyə dəstək” İctimai Birliyi tərəfindən  Zərdab rayonunda həyata keçirilən “Region gənclərindən ictimai fəallığa ilk addım” layihəsinin icrası davam edir.

Zerdab.com saytına verilən məlumata görə, 8, 9, 10 fevral 2019-cu il tarixdə icra planına uyğun olaraq, Zərdab şəhərində 25 nəfər fəal gəncin iştirakı ilə 3 günlük “Fəalar klubu” adlı təlimlər keçirildi.

“Fəallar klubu”nun iştirakçılarının seçilməsi xüsusi formada aparılıb. Layihə çərçivəsində keçirilmiş fotomüsabiqədə iştirak etmiş və kənd İcra Nümayəndəlikləri vasitəsilə dəvət olunmuş gənclər xüsusi anketləri dolduraraq seçim komissiyasının müsahibəsindən keçərək seçiliblər.

 “Fəallar klubu” kəndli gənclərin  3 gün ərzində ünsiyyət qura biləcəyi, çıxış edə biləcəyi məkan oldu. 3 günlük təlim  gənclərin ictimai fəallığına mane olan psixoloji kompleksi aradan qaldırdı. Gənclər “Fəallar klubu”da iştirak etməklə ünsiyyət qurmaq, qrupda işləmək vərdişləri və özlərinə daha cox dostlar qazandılar. Gənclər qruplara bölünərək aktual mövzular üzərində işləyərək təqdimatlar hazırladılar. Mövzular üzrə ekper qiymətləndirilməsi təmin edildi.

Tədbirdə Zərdab Rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Ələkbər Kərimov da iştirak edib. İştirakçılara dəftərxana materialları və bukletlər paylanıb, nahar və çay-kofe fasiləsi olub.

Qeyd edək ki laiyhənin icra müddəti 3 aydır. Layihənin məqsədi regionun kəndli gənclərinin ictimai fəllığını artırmaqdan ibarətdir.