Zərdablı məzunlar nə vaxt imtahan verəcəklər? – Tarix

0
41

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının vaxtı elan edilib.

DİM-dən Zerdab.com-a bildirilib ki, Zərdab rayonu üzrə ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi martın 10-da, ikinci mərhələsi isə iyunun 9-da keçiriləcək.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə imtahanlar isə aprelin 14-də aparılacaq.