Zərdabda Xocalı soyqırımı qurbanları anıldı – Fotolar

0
65

Zərdab rayon Həsən bəy Zərdabi Muzeyində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı “Göynəyir sinəm, Xocalı” adlı tədbir keçirilib.

Zerdab.com saytı xəbər tədbirdə öncə Xocalı şəhidlərinin faciəsi 1 dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Vəfa Bayramova qeyd edib ki, Xocalı soyqırımı xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsidir. İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 27 il keçir.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli hadisələrindən biridir.

Tədbirdə Zərdab şəhər 1 saylı məktəb liseyinin 5-ci sinif şagirdləri Xocalı soyqrımına həsr olunmuş kompozisiya ilə çıxış ediblər.
Sonda tədbir iştirakçıları Xocalı faciəsi ilə bağlı təşkil edilmiş sərgi ilə tanış olublar.