Kürün Zərdab hissəsində qayaların qırılmasının qarşısı alınırmı?

0
63

Kür çayının Zərdab rayonu ərazisindən keçən bəzi hissələrində sahilbərkitmə işlərinə ehtiyac var.

Zerdab.com saytı xəbər verir ki, son dövrlər rayonda bu istiqamətdə müəyyən işlər görülüb. Belə ki, Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi tərəfindən rayonun Sarıqaya,  Lələağacı, İsaqbağı, Şıxbağı,  Bıçaqçı, Otmanoba,  Körpükənd  kəndləri ərazisində 32,8  km məsafədə qayakəsmə və  sahilbərkitmə işləri görülüb.

Ötən müddət ərzində Zərdab Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən Kür çayının İsaqbağı, Şıxbağı, Nəzəralılı kəndləri ərazisindən keçən hissəsində qayaların sürətlə qırılmasının qarşısını almaq üçün “Meliorasiya və Su Təsərrüfatı” ASC-in yerli qurumları  tərəfindən  bəndbərkitmə işləri aparılıb.

Fövqəladə Hallar Nazirliyinin və Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisləri tərəfindən isə Körpükənd kəndi ərazisində Kür çayının sahilində qayaların qırılmasının qarşısını almaq üçün müvafiq tədbir görmək məqsədilə əraziyə baxış keçirilib.

Zerdab.com