10 milyonuncu vətəndaşın şərəfinə Zərdabda konsert təşkil edilib – FOTOLAR

0
45

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Zərdabda rayonunda konsert proqramı təşkil edilib.

Zerdab.com saytına verilən məlumata görə, 10 milyonuncu sakinin doğulması münasibətilə aprelin 7-də Zərdab şəhərində ağacəkmə aksiyası, konsert proqramı təşkil olunub, müxtəlif idman yarışları keçirilib. Rayon sakinləri və qonaqlar ağacəkmə aksiyasında iştirak edib, incəsənət ustalarının ifasında mahnılar dinləyiblər.

Konsert atəşfəşanlıqla başa çatıb.
Xatırladaq ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.