İlkin Əliyevin müəllifi olduğu intellektual oyun Azərbaycana səs salıb -Zərdabdan başlayan uğur – Fotolar

0
66

İntellektual oyunlar hərəkatında yeni olan “Poliqon” Strateji İntellekt Oyunu daha bir uğura imza atıb.

 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyinin təşkilatı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Poliqon” Strateji İntellekt Oyunu üzrə II Universiadaya yekun vurulub. 

Zerdab.com saytına verilən məlumata görə, 5 aydır ki davam edən və ümumilikdə 101 komandanın iştirak etdiyi Universiadanın final oyunu 5 may 2019-cu il tarixində Bakı Dövlət Universitdə keçirilib.
Final oyununda Naxçıvan Dövlət Universitetinin “Diplomat” komandası birinci, Azərbaycan Texniki Universitetinin “GentleMans” komandası ikinci, Azərbaycan Turizm və Menecment Universitetinin “Expelliarmus” komandası isə üçüncü yeri qazanıblar.

“Poliqon” Strateji İntellekt Oyunu Azərbaycanda – Zərdab rayonunda yaradılmış Milli İntellektual oyundur. Zərdab rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev müəllifi olduğu “Poliqon SİO” gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması ilə yanaşı, strategiya qurmaq və onların intellektual inkişafına dəstək olmaq məqsədlərini daşıyan yeganə intellektual oyundur. Oyun Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.


İlk vaxtlarda “Poliqon SİO” kiçik miqyasda olaraq Zərdab və ətraf regionlarda təşkil edilirdi. “Poliqon” Strateji İntellekt Oyunu üzrə Universiada” layihəsi nəticəsində oyun miqyasını genişləndirərək Bakı universitetlərində təhsil alan tələləbələr arasında da təşkil olundu. II Universiadanının seçim turları isə Zərdab, Naxçıvan MR və Bakı şəhərində keçirilib və final oyununda isə paytaxt Bakıda yerləşən Ali məktəblərin tələbələrindən ibarət komandalarla yanaşı, Naxçıvan MR, Gəncə, Şamaxı, Sumqayıt ali mətkəblərinin, eləcədə Zərdab, Tovuz, Masallı və Bakı şəhərinin Suraxanı rayonlarının tələbə komandaları da zəka mübarizəsinə qatılıblar. Universiadanın keçirilməsində əsas məqsəd xalqımızın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ etmək, gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması, milli intellektual oyunlar hərəkatını genişləndirmək və bu fəaliyyətin ənənəvi forma almasını təmin etmək, gənclərin intellektual və strategiya qurmaq potensiallarını üzə çıxarmaq, özünəinam, özünüdərk hissini aşılamaq və inkişaf etdirmək, gəncləri zərərli vərdişlərdən çəkindirmək və onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq, müxtəlif tələbə təşkilatları və intellektual klublar arasında əməkdaşlığın genişlənməsinə imkan yaratmaq, gənclər arasında sağlam rəqabət mühiti yaratmaqla onları daha da inkişafa sövq etməkdən ibarətdir. 
Qalibləri təbrik edirik.