Qəbul imtahanında 631 bal toplayan Zərdablı qızın daha bir uğuru üzə çıxıb…

0
63
lumune-mirzeliyeva-memmedqasimli

Zərdab rayonu, Məmmədqasımlı kənd orta məktəbinin məzunu, Lümunə Mirzəliyeva ali məktəblərə qəbul imtahanında 631 bal toplayıb.

Lümunə Mirzəliyeva Zərdab rayonunun Məmmədqasımlı kəndindəndir.

Bu barədə Zerdab.com saytına N. Nərimanov adına Məmmədqasımlı kənd orta məktəbinin direktoru İlahə İsgəndərova məlumat verib.

Lümunə 5 uşaqlı ailənin ilk övladıdır.

Direktor bildirib ki, bu, Lümunənin ilk uğuru deyil.

Belə ki, L. Mirzəliyeva Azərbaycan dili və Ədəbiyyatı üzrə Respublika olimpiadasında 3-cü yerin qalibi olub və bürünc mükafata layiq görülüb.

Müəllimləri onun daha böyük uğurlarının hələ qarşıda olduğuna böyük ümid bəsləyirlər.