Zərdabda Statistika İdarəsinin binası istifadəyə verilib – Fotolar

0
83

Zərdabda Dövlət Statistika Komitəsinin sifarişi ilə inşa olunan rayon Statistika İdarəsi üçün yeni inzibati bina istifadəyə verilib.

Zerdab.com saytına verilən məlumata görə, doqquz otaqdan ibarət ikimərtəbəli bina “Araz İnşaatçı” MMC tərəfindən tikilib.

Müasir arxitektura üslubunda inşa olunan binada idarənin işçiləri üçün bütün lazımi şərait yaradılıb.

İyunun 22-də rayon Statistika İdarəsinin yeni inzibati binasının açılışında Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü ərəfəsində belə bir binanın istifadəyə verildiyini qeyd edib və bu münasibətlə idarənin kollektivini təbrik edib.

Mərasimdə Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov, “Araz İnşaatçı” MMC-nin baş mühəndisi İlham İmanov çıxış edərək yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıblar.
Sonra binanın tikintisində fəallıq göstərən Nazim Babaşova hədiyyə təqdim edilib.

İştirakçılar yeni inzibati binada yaradılan şəraitlə tanış olublar.