Zərdabda layihə çərçivəsində maarifləndirici tədbir keçirilib

0
62

19.10.2019-cu il tarixdə Zərdab şəhərində “Hədəfim” Tədris Mərkəzində layihə çərçivəsində maarifləndirici tədbir keçirildi.

Zerdab.com xəbər verir ki, “Gəncliyə Dəstək” ictimai birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Region gənclərindən könüllülük hərəkatına ilk addım” adlı layihəsinin icrasını davam etdirir.

Tədbiri “Hədəfim” Tədris Mərkəzinin müəllimi Aqil Məmmədov açaraq, ölkədə vüsət alan könüllülük hərəkatından, layihənin əhəmiyyətindən danışdı və sözü təşkilatın sədr müavini Eldar Xəlilova verdi.

Eldar Xəlilov da layihə barədə və onun əhəmiyyəti barədə geniş danışdı. Tədbirdə vurğulandı ki, ölkədə vüsət alan könüllülük hərəkatına region gəncləri bu layihə sayəsində böyük töhfə verəcəklər. Təşkilatın üzvü Şükürzadə Şəhriyar  çıxışında könüllülük fəaliyyətinin vacibliyini gənclərə çatdırdı.

Layihə çərçivəsində gələcəkdə könüllülər üçün film saatı, əyləncəli və intellektual oyunlar, həmçinin müsabiqələr təşkil ediləcyi iştirakçıların nəzərinə çatdırıldı.

Tədbirdə 20 nəfər iştirak edirdi. İştirakçılara bukletlər və dəftərxana materialları paylandı və çay-kofe fasiləsi oldu.