Şəhidimizin nəşi Zərdaba gətirildi – Fotolar

0
77

Ermənistan silahlı qüvvələrinin bölmələrinin təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində şəhid olan sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlunun nəşi dəfn olunacağı Zərdab rayonuna gətirilib. Bu gün şəhid olan  İbrahim Vəliyevin cənazəsi Zərdaba gətirilib.

Zerdab.com saytı xəbər verir ki, şəhidin cənazəsinin qarşılanması üçün minlərlə insan toplanıb.

Şəhid  İbrahim Vəliyev fevralın 25-də Zərdab şəhərində torpağa tapşırılacaq.



 Qeyd edək ki, Dövlət Sərhəd Xidmətindən (DSX) məlumatına görə, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.