Ağabağı kəndinin sakini minnətdarlıq edir

1
72

Ailəm 6 nəfərdən ibarətdir. Birotaqlı evimiz var. Heç bir yerdə də işləmirəm. Oğlum İsmayılov Mürvət həm laldır, həm də karlıqdan əziyyət çəkir. Maddi imkanım aşağı olduğundan onun və ailəmin ehtiyacını tam ödəyə bilmirdim. Bir müddət əvvəl Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinə müraciət etdim. Mərkəzin əməkdaşları problemimlə yaxından maraqlanaraq səlahiyyətləri çərçivəsində yardım edəcəklərini bildirdilər. Mərkəzin əməkdaşı Nərgiz Eminova mənimlə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək mənə sosial yardım təyin edilməsi üçün ailəmin həyat səviyyəsinin diqqətlə araşdırılmasını xahiş etdi. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zərdab rayon şöbəsinin əməkdaşı Ceyhun Qəribov evimdə araşdırma apardıqdan sonra ailəmizi sosial yardımla təmin etdi. Qayğıkeş münasibətə görə ölkə rəhbərliyinə, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevə, eləcə də Zərdab rayon uşaq və ailələrə dəstək mərkəzinin direktoru Könül Həsənovaya, mərkəzin əməkdaşlarına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsinin əməkdaşı Ceyhun Qəribova minnətdarlığımızı bildiririk.

İsrayıl İsmayılov, Ağabağı kənd sakini

1 comment

Comments are closed.