“Zərdabi “Ədəbiyyat qəzeti”nin səhifələrində” adlı kitab çapdan çıxıb

0
68
zerdabi-ezize-elekberova

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Zərdabi “Ədəbiyyat qəzeti”nin səhifələrində” adlı kitab çapdan çıxıb. Bu barədə Zerdab.com saytına kitabın tərtibçisi – Əzizə Ələkbərova özü məlumat verib.
Bildirilib ki, “Əkinçi” qəzetinin 145 illiyinə həsr edilən kitabda 1934-cü ildən 2016-cı ilə qədər “Ədəbiyyat qəzeti”nin səhifələrində Həsən bəy Zərdabinin həyat və fəaliyyətinə həsr edilmiş yazılar toplanıb. Kitabın tərtibçisi Əzizə Ələkbərova Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisidir.
Kitabın “Ön sözü”nün müəllifi filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur. Nəşrin elmi redaktoru Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva, rəyçilər isə filologiya üzrə elmlər doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfovdur.

Zerdab.com