Zərdabda ağır yol qəzası – Xəsarət alan şəxs Bakıya aparıldı

0
109

Zərdab rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Məmmədov İnam Aslan oğlu ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon xəstəxanasına, vəziyyəti ağır olduğundan sonra isə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və qabırğalarının sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.report