Zərdabın igid oğlu, I Qarabağ müharibəsi şəhidi Kərimov Nəfi Kərim oğlu

0
125
nefi-kerimov-zerdab-memmedqasimli
Kərimov Nəfi 1969-cu ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olub. 1987-ci ildə orta məktəbi bitirib. Həmin ildən Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.
Zerdab.com xəbər verir ki, 1992-ci il noyabrın 13-dən Azərbaycan Milli Ordusuna xidmətə gedib. Qubadlıda 706 saylı batalyonda xidmətə başlayıb. 1992-ci il dekabrn 8-də Laçının Güləbrid kəndi uğrunda döyüşə girib və kənd işğaldan azad edilib. Laçın bölgəsində 8 ay xidmət edib. 1993-cü ildə ermənilərin hücumu nəticəsində dağılmış batalyonun üzvləri bir-birindən ayrı düşüb, Nəfi bir neçə döyüşcü ilə bərabər Xudafərin körpüsü yaxınlığında sığınacaq tapıb və qonşu İran dövlətinin ərazisinə keçib. 1993-cü ildə noyabr ayının 28-də İrandan Bəhramtəpə gömrükxanasından Azərbaycan ərazisinə keçib və birbaşa Gəncə qarnizonuna, oradan isə Ağdam bölgəsinə göndərilib. 1994-cü il fevralın 26-da Füzuli bölgəsinə aparılıb. Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə uzun müddət iştirak edib. Bu müddət ərzində neçə-neçə qəhrəmanlıqlar göstərib.
1994-cü il aprelin 24-də Horadiz qəsəbəsi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
Allah rəmət eləsin.
Zerdab.com