Bu ilin fevral ayında Zərdab rayonunun Çallı kəndində baş verən dəhşətli yanğın yəqin ki, çoxlarının yadındadır. Məlumat üçün bildirək ki, yanğın nəticəsində 1993-cü il təvəllüdlü
Əhmədova Pərvanə Kərim qızı və onun 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızı yanaraq vəfat ediblər.
Dəhşətli yanğın zamanı Pərvanə Əhmədovanın oğlu, 7 yaşlı Əhmədli Gülməmməd və onun nənəsi ağır yanıq xəsarətləri ilə Bakı şəhərinə aparılaraq 5 saylı şəhər klinik xəstəxanasına yerləşdirilmişdilər.
Uşağa dəstək üçün bank kartı
Hadisənin üstündən bir neçə ay keçib və yanğın zamanı ağır yanıq xəsarətləri almış Gülməmməd xəstəxanadan evə buraxılıb. Lakin onun vəziyyəti elə də yaxşı deyil.
Uşağın atası Pərvin Əhmədov Zerdab.com saytına müraciətində oğlunun sağlamlığının bərpası üçün dəstəyə ehtiyacı var: “Həyat yoldaşım, 9 yaşlı qızım dünyasını dəyişib, oğlumun isə əlləri işləmir, üzündə, başında ağır yanıq xəsarətləri var. Hər şey bir yana, oğlumun əlləri işləmir, əməliyyat olunmalıdır. Əməliyyatı isə Türkiyədə olmalıdır ki, uşağın sağlamlığını heç olmasa, bir az əvvəlki vəziyyətinə qaytarmaq mümkün olsun.
Mən Azərbaycanımızın qeyrətli, imkanlı insanlarından dəstək gözləyirəm. Bilirəm, insanlarımız belə mövzularda çox həssasdırlar. Bu yanğın mənə dəhşətli ailə faciəsi yaşadıb. Heç kəsə belə bir dəhşətli həyat arzulamıram. Həyat yoldaşımın və qızın faciəli ölümü məni çox sarsıdıb, oğlumun bu vəziyyətinə isə dözə bilmirəm. Yanıq xəsarətləri oğlumu çox incidir. Həm ağrı verir, həm də bu vəziyyətinə görə çox əziyyət çəkir. Ya rəsmi qurumlar, ya telekanallar, ya imkanlı şəxslər bizə dəstək olsunlar. Hər kəs dəstək olsun ki, balam əvvəlki vəziyyətinə qayıtsın”.
Pərvin Əhmədov övladına dəstək üçün açdığı bank kartının və uşağın hazırkı vəziyyətini əks etdirən fotoları da saytımıza göndərib. Ümid edək ki, məsələnin ictimailəşməsi ilə nəzarətə götürüləcək və dəstək çıxanlar olacaq.
Uşağı atası Pərvin Əhmədovun mobil telefon nömrələrini də təqdim edirik, istəyənlər birbaşa özü ilə əlaqə saxlaya bilərlər.
(050) 9707176, (070) 9707176
Zerdab.com