Millət vəkilimiz Jalə Əliyeva Zərdabın Əlibəyli və Allahqulubağı kəndinin sakinləri ilə görüşüb – FOTOLAR

0
179
jale-elibeyli-allahqulubagi-zerdab.png

Millət vəkilimiz Jalə Əliyeva növbəti səyyar qəbulu çərçivəsində Zərdab rayonunun Əlibəyli və Allahqulubağı sakinləri ilə görüşüb.

Zerdab.com saytı xəbər verir ki, qəbulda hər iki kənddə qaz, su, işıq təchizatı və yolların təmiri ilə bağlı həyata keçirilən və başa çatan layihələr üçün sakinlər tərəfindən dövlətimizə minnətdarlıq bildirilib. Sakinlər eyni zamanda millət vəkilinə onların xahiş və təkliflərini tez tez Milli Məclis tribunası vasitəsi ilə əlaqədar qurumların diqqətinə çatdırdığı və həlli yolunda səylərini əsirgəmədiyi üçün təşəkkür ediblər.

Qəbul iştirakçıları eyni zamanda deputata bəzi xahişlərini də bildirərək, həllində köməklik göstərməyini xahiş ediblər. Müraciətlərdən bəzisi yerindəcə həllini tapıb.

Belə ki, vətəndaşların kəndin məktəbə və bağçaya gedən əsas yolunun qreyderlənməsi və daşla örtülməsi ilə bağlı xahişləri millət vəkili tərəfindən “Azəravtoyol”un Zərdab şöbəsinin rəhbərliyinə çatdırılıb və məsələ müsbət cavablandırılıb.

Jalə Əliyeva qəbula gələnlərin Əlibəyli kənd tam orta məktəbinin yenidən tikilməsi, kəndin ərazisində olan 72 ha ərazinin suvarılması üçün elektrik motorunun qoyulması, kənd investisiya və qrant layihələrində iştirakla əlaqədar xahiş və təkliflərini dinləyib, toxunulan məsələləri şifahi olaraq Təhsil Nazirliyi, Meliorasiya və Su Təsərrüfatl Açıq Səhmdar Cəmiyyəti, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin rəsmilərinə çatdırıb, fikir mübadiləsi aparıb. Deputat Jalə Əliyeva kənd sakinlərinin yazılı müraciətindən sonra qeyd edilən məsələlərin həllinə köməklik göstərilməsi üçün həmin qurumlara rəsmi məktub göndərəcəyini bildirib.

Zerdab.com

Bir 12 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 11 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 9 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 10 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 9 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 8 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 9 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 9 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər