Ukraynada həlak olan qardaşlar Zərdabda dəfn edildilər – VİDEO

0
126
zerdab-rayonu

Ukraynada atəş altına düşərək həlak olan qardaşlar Zərdab rayonunda dəfn olunublar.

Fəqan və Gülağa Uğurluyev qardaşlarının cənazələri bu gün Zərdab rayonuna gətirilib. Onlar Məmmədqasımlı kənd qəbiristanlığında dəfn ediliblər.

Qeyd edək ki, əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan Gülağa Həsən oğlu Uğurluyev, qardaşı Fəqan Uğurluyev və daha 2 nəfər Donetskdə avtomobildə atəşə tutulub.

Bazarda ticarətlə məşğul olan həmyerlilərimizin Donetskdən yük avtomobili ilə mal alıb qayıdarkən atəşə tutulduqları bildirilir.

Onlar hadisə yerində ölüblər.