Zərdab sakini Bakıda canına qıydı – Dəhşətli intihar

0
299
zerdab-rayonu-zerdabcom-zerdab-mollakend-zerdab-yolu.png

Zərdab rayonu, Körpükənd kəndində qeydiyyatda olan şəxs Bakıda canına qıyıb.

Zerdab.com saytı “Report”a istinadən xəbər verir ki, Bakıda 39 yaşlı şəxs intihar edib.

Hadisə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

İntihar edən şəxs Zərdab rayonunun Körpükənd kəndində qeydiyyatda olub.

Belə ki, 1984-cü il təvəllüdlü Zərdab rayonu, Körpükənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Mustafayev Emil İsgəndər oğlu yaşadığı evin həyətindən iplə özünü asaraq intihar edib.

E. Mustafayev ailəli olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Zerdab.com