Zərdabda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib – FOTOLAR

0
125
zerdab-beynelxalq-qadinlar-gunu
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının inzibati binasında Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı sədrinin, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Zərdab rayon komitəsinin sədrinin, şəhid analarının, rayonun ictimai həyatında fəal iştirak edən və səmərəli əmək fəaliyətinə görə fərqlənən qadınların iştirakı ilə tədbir keçirilib.
Zerdab.com saytına verilən məlumata görə, tədbir Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsindən sonra açıq elan edilib.
Giriş nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə Azərbaycan qadınının milli və mənəvi dəyərlərin təminatçısı kimi çıxış etdiyini, qadınların çalışdıqları hər sahədə uğur qazanmaları, şəxsi həyatla ictimai fəaliyyətlərini tam uyğunlaşdırmaları üçün ölkəmizdə hər bir şəraitin yaradıldığını, dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərildiyini, onların əməyinin mütəmadi olaraq yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri İlkin Əliyev müstəqil Azərbaycanın qazandığı bütün uğurlarında qadınların xidmətlərinin əvəzsiz olduğunu, həmçinin 8 martın qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günü kimi qeyd olunduğunu da vurğulayıb.
Sonda görüşdə iştirak edən qadınlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.
Zerdab.com
Bir 6 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 6 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 6 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar, çiçək və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar, kostyum və içəridə şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər