Zərdab ərazisində yaşamış böyük övliyalar

0
3480
veysel-qara-veysel-qarani-veysel-karani.png

Zərdab – Ağdaş yolunun sağında, Ağdaş rayonunun Xınaxlı kəndi ərazisində Şeyx Üveys əl-Qaraninin (ra) (658 – 565) qəbri və yaxınlarından digər iki qəbir yerləşir (Şəkil 2; 3; 4). Zigərçayın sağ sahilində yerləşən qəbiristanlıqda IX – XII əsrə məxsus qəbirlər də qeydə alınmışdır. Əsl adı Üveys əl-Qarani olan bu şəxs övliyaların böyüklərindəndir. Əslən Yəmənin Qaran kəndindən olan Şeyx Üveys (ra) Məhəmməd Peyğəmbərin (sas) zamanında İslamı qəbul etmişdir. Məhəmməd peyğəmbərin (sas) vəfatından sonra Şeyx Üveysin Ömər ibn al-Xattab (ra) və Əli ibn Əbu Talib (ra) tərəfindən və ya onların göndərdiyi sərkərdələr tərəfindən tapılıdığı qeyd olunur. 2013-cü ildə elmi tədqiqat işləri zamanı Şeyx Üveysin (ra) qəbri və yaxınlığındakı qəbirlər və epiqrafik abidələr öyrənilmişdir. Xınaxlı kənd qəbristanlığının axundunun söylədiyinə görə, böyük İslam alimi Əhməd ibn Hənbəl də bu haqda məlumatlar vermişdir (1; 15, 139-147; 16).

Seyyid Şahmərdan. Məhəmməd Peyğəmbərin (sas) nəslindən olan Seyyid Şahmərdan XII əsrin sonu – XIII əsrin əvvəllərində İranın Gilan şəhərində anadan olmuşdur. Babası Əbdül-Qadir Gilani XI əsrin ən böyük övliyası olmuş, sünni məzhəbinin hənbəli məktəbinin ən böyük alimlərindən və qadiriyyə təriqətinin rəhbəri olmuşdur.

Seyyid Şahimərdan gənc yaşlarında ailəlikcə Gilandan Azərbaycanın Quba mahalına köçmüşdür. Bir müddət burada yaşadıqdan sonra Kür çayının sahilinə, Şeyx Üveys əl-Qaraninin (ra) qəbrinin yaxınlığına – indiki Seyyidlər kəndinin ərazisinə köçmüşdür. Bu zaman onunla birlikdə öz nəslindən olan 5 ailə gəlmişdir. Bir müddət sonra vəfat edən övliya burada dəfn olunmuşdur. Hal-hazırda onun qəbri Zərdab rayonunun Yuxarı Seyyidlər kəndində, Kür çayının sol sahilində, Şeyx Üveys əs-Qaraninin qəbrinin 5 km-dədir (1; 15, 149-150; 16) (Şəkil 5).

Əliyev Taleh Vasif oğlu,

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçi, dissertant.