Zərdab rayonu üzrə 26 nikah və 13 boşanma qeydə alınıb

0
189
zerdab-rayonu-zerdab

2023-cü ilin yanvar-mart ayları ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən, Zərdab rayonu üzrə 26 nikah və 13 boşanma halı qeydə alınıb.

Zerdab.com-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nigahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3-dən 1,8-ə qədər düşmüşdür.  Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5-dən 0,9-a qədər azalmışdır .

2023-cü ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 17 nəfər, rayondan isə 10 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 7 nəfər  təşkil edib.

Zerdab.com