Zərdabda bu məktəbin 100 illik yubileyi qeyd olundu – FOTOLAR

0
273
zerdab-rayonu-mekteb-korpukend1.png
Zərdab rayonunun M. Hüseynzadə adına Körpükənd kənd tam orta məktəbinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Zerdab.com saytına verilən məlumata görə, yubiley tədbirində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin nümayəndələri, təhsil işçiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, məktəbin məzun şagirdləri və digər qonaqlar iştirak ediblər.
Tədbridən öncə qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsini və Körpükənd kəndində şəhildərin xatirə kompleksini ziyarət edərək önünə gül dəstələri düzüblər.
“Bir əsrin xatirəsi” adlı tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra məktəbin direktoru tədbiri giriş sözü ilə açaraq, qonaqlara 100 ildir fəaliyyət göstərən təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan və bu müddət ərzində məktəbin qazandığı uğurlardan söhbət açıb.
O, məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdığını, şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılmasında əvəzsiz xidmətlər göstərdiyini qeyd edib.
Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva və digər qonaqlar çıxış edərək məktəb kollektivini 100 illik yubiley münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb, bir əsrlik yaşı olan təhsil müəssisəsinin kifayət qədər zəngin inkişaf yolu keçdiyini, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğının nəticə etibarilə bu sahənin sürətli inkişafı, maddi-texniki bazasının daha da möhkəmlənməsilə nəticələndiyini bildiriblər.
Tədbirdə şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Sonda rayon icra hakimiyyətinin başçısı tərəfindən məktəb rəhbərliyinə hədiyyə təqdim olunub.
Zerdab.com
zerdab-rayonu-mekteb-korpukend.png























Fotolar: saat24.az