Zərdabda 1 tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

0
51
zerdab-narkotik-cetene.png

Zərdab Rayon Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Zerdab.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, tədbirlər zamanı Kür çayının rayonun Bıçaqçı kəndi ərazisindən keçən hissəsinin sahilində yabanı halda bitən, ümumi çəkisi 1 ton 457 kiloqram olan 1965 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar davam etdirilir.

Zerdab.com