Zərdabda iki ailənin yaşadığı ev əşyaları ilə birgə KÜLƏ döndü – FOTOLAR

0
62

Zərdabda iki ailənin yaşadığı 5 otaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.Yanğın zamanı ev sahibinə ümumilikdə 100 min manatdan çox maddi ziyan dəyib.

Hadisə rayonun Məmmədqasımlı kənd sakini 1945-ci il təvəllüdlü Cavadov Hafis Hüseyn oğluna məxsus 350 kv metr 5 otaqdan ibarət kürsülü evdə qeydə alınıb.

Belə ki, ev yiyəsi Hafis Cavadov gecə saat 04:00 radələrində evdə yanğın səsinə oyanıb və həyat yoldaşı ilə birlikdə dərhal evi tərk edib. Ev yiyəsi qonşuları və qohumlarını yanğını söndürmək üçün köməyə çağırsa da, alovun şiddətindən evə yaxın düşmək olmayıb. Beləcə bütün ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. 
Hadisə yerinə FHN-nin Zərdab rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və qonşu evlərə keçməsinin qarşısı alınıb. Ev yiyəsinin sözlərinə görə, yanğın elektrik naqillərində yaranan qısa qapanmadan baş verib və ona ümumilikdə 100 min manatdan çox maddi ziyan dəyib.

Yanğın hadisəsi ilə bağlı Məmmədqasımlı kənd icra nümayəndəsi Mətləb Müzəffərov bildirib ki, rayon icra hakimiyyətinin tapşırığına əsasən komissiya təşkil olunub.

Komissiyanın rəyindən sonra məsələ ilə bağlı ətraflı məlumat veriləcək. Hazırda faktla bağlı araşdırma aparılır.bizim media.