Zərdabda şəhid İbrahim Rüstəmlinin doğum günü qeyd olunub – Fotolar

0
131
Zərdab rayonunun Şahhüseynli kəndi sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış İbrahim Mirzağa oğlu Rüstəmlinin doğum günü qeyd olunub.
Zerdab.com xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, onunla birlikdə Şahhüseynli kənd qəbiristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub. RİH başçısının birinci müavini Ramo Hacıyev çıxış edərək cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açıb. Şəhidin atası göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və rayon rəhbərliyinə təşəkkür edib.
Zerdab.com