Xersonda həlak olan Zərdablılar doğma kəndlərində dəfn olundular – Fotolar

0
164

Məlumat verildiyi kimi, Ukraynanın Xerson vilayətində həlak olan azərbaycanlılar – Orxan Əzizli və Ramiz Qədirlinin cənazələri ökəmizə gətirilib.

Zərdab rayonunun Məmmədqasımlı kənd icra nümayəndəsi Mətləb Müzəffərovun verdiyi məlumata görə, Orxan Əzizli və Ramiz Qədirli sözügedən kənddə dəfn olunublar.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya hərbçilərinin tankı Ukraynada kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan iki azərbaycanlının içərisində olduğu yük maşınına atəş açıb və sözügedən şəxslər həlak olub. report.az