Ucar-Zərdab yolunda ağılagəlməz qəza – Fotolar + VİDEO

0
348

Ucarda ata və oğulun idarə etdiyi avtomobillər toqquşub.

Zerdab.com saytı apa-ya istinadən xəbər verir ki, hadisə Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayonunun Qazyan kənd sakini, 1956-cı il təvəllüdlü Tahir Musa oğlu Əhədovun idarə etdiyi VAZ-2107 markalı minik avtomobili ilə oğlu, 1984-cü il təvəllüdlü Abdul Tahir oğlu Əhədovun idarə etdiyi eynimarkalı avtomobil toqquşub. Nəticədə ata və oğul ağır xəsarət alıblar. Onlar təcili tibbi yardım avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq Tahir Əhədov həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ucar rayonunda ata və oğlunun sürdüyü avtomobillərin toqquşması ilə nəticələnən ağır yol qəzasının təfərrüatı məlum olub.

Zerdab.com saytının “Qafqazinfo”ya istinadən məlumatına görə, ilkin araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı 1956-cı il təvəllüdlü Tahir Əhədov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Ucardan yaşadığı Qazyan kəndinə qayıdırmış. O, kənd yoluna dönərkən qarşı tərəfdən oğlu Abdul Əhədovun sürdüyü eyni markalı maşını görüb və oğlunun ona yol verəcəyini zənn edərək dönmə manevri həyata keçirib. Bu zaman rayon mərkəzi istiqamətində hərəkətdə olan Abdul Əhədovun sürdüyü avtomobil atasının maşınına çırpılıb.

Toqquşma nəticəsində T.Əhədov vəfat edib, oğlu xəsarət alıb.

Ata və oğlu arasında əvvəllər hər hansı münaqişə və narazılığın olmadığı, hadisənin təsadüf nəticəsində baş verdiyi bildirilir.