Zəlzələ Zərdab da hiss olunub.
Rayon sakinləri təşviş keçiriblər və sosial şəbəkələrdə zəlzələnin güclü şəkildə hiss olunduğunu qeyd ediblər.
Zerdab.com saytı xəbər verir ki, zəlzələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi də məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:35-də qeydə alınıb. Zəlzələnin episentri 52 km dərinlikdə olub.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Kürdəmir stansiyasından 14 km cənubda Kürdəmir ərazisində qeydə alınıb:
“Zəlzələ episentrdə 5 bala qədər, Ağdam Qəbələ, İsmayıllı, Ağsu ,Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunmuşdur”.