Zərdabda 23 yaşlı şəxs intihar edib.
Hadisə Zərdab rayonu Bıçaqçı kəndində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü kənd sakini Bilal Səmədov yaşadığı evin həyətində özünə qəsd edib.
Onun meyitini atası tövlədə asılı vəziyyətdə aşkar edib.
Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.