Zərdabda dərsə gedən azyaşlını maşın vurub öldürdü

0
2465
elvend-mekteb-sagird

Zərdabda məktəbli bədbəxt hadisə nəticəsində həyatını itirib.

Zerdab.com saytı xəbər verir ki, hadisə Əlvənd kəndi ərazisində baş verib.

Əlvənd kənd orta məktəbinin 2-ci sinif şagirdi Zülfüqarlı Nuray Vəkalət qızı bədbəxt hadisə nəticəsində həyatını itirib.

Hadisə o, məktəbə gedərkən baş verib.

Belə ki, məktəblini avtomobil vurub.

Daxili İşlər Nazirliyi (DİN) Zərdab rayonunda şagirdin bədbəxt hadisə nəticəsində vəfat etməsi barədə açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, qeyd edilən hadisə səhər saatlarında rayonun Əlvənd kəndi ərazisində baş verib.

Feyzullayev Tapdıq Rəsul oğlu idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman məktəblini vurub. Məktəbli xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Zerdab.com