Yarməmmədbağı məktəbinin komandası region üzrə 2-ci oldu

0
1333
yarmemmedbagi-kendi.png
Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə dekabrın 3-də Mingəçevir şəhərində “Nə? Harda? Nə zaman?” intellektual oyunu keçirilib.
Zerdab.com saytına verilən məlumata görə, regionun 20-dən artıq komandasının qatıldığı bilik yarışında Zərdab rayon Yarməmmədbağı kənd tam orta məktəbinin “Viktoriya” komandası ikinci yerə layiq görülüb.
Təbrik edirik.
Zerdab.com