Jalə Əliyeva: “Azərbaycan xalqının bir seçimi var”

0
2706
ilham-aliyev.jpg

Yeni Azərbaycan Partiyası ölkə Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürdü. Düşünürük ki, bu açıqlama sadəcə YAP üzvlərinin deyil, eyni zamanda bütün Azərbaycan xalqının istək, arzu və rəyini ifadə edirdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin simasında özünə böyük bir dayaq və lider qazanıb. Məhz cənab Prezidentin həyata keçirdiyi dönməz iradəli Dəmir Yumruq siyasəti sayəsində Azərbaycan mümkün olmayanları mümkün etdi. Bu gün Azərbaycana dünya tamamilə başqa bir prizmadan yanaşır. Bu gün Azərbaycan 30 il əvvəl Azərbaycan deyil. Azərbaycan əvvəla öz torpaqlarını geri qaytarıb və bu torpaqlarda sülh, əmin-amanlıq yaradaraq üçrəngli bayrağını torpaqlarının başı üzərində dalğalandırmışdır. Azərbaycan həmin torpaqlarda ağlagəlməz sürətdə nəhəng quruculuq işləri aparıb. Bütün ölkə boyu durmadan inkişafa istiqamətlənən layihələr həyata keçirilir. Biz Azərbaycanda hər bir insanın həyat şəraitinin yaxşılaşdırılması üçün sosial layihələr hazırlayan, Azərbaycanın qonşu ölkələrlə tarazlaşdırılmış siyasət həyata keçirilməsi üçün geniş fəaliyyətini durmadan davam etdirən, Azərbaycanı sadəcə siyasət, ordu quruculuğu sayəsində deyil, eyni zamanda sosial, səhiyyə, mədəniyyət, təhsil sahəsində dünyanın aparıcı ölkələrdən birinə çevirən liderdən danışırıq. Bütün sadaladığımız və əslində tam olaraq sadalanarsa səhifələrə belə yerləşməyəcək qədər mükəmməl və saysız-hesabsız olan işlərin hər birinin arxasında Prezident İlham Əliyevin imzası və Dəmir Yumruq dayanır.

Bu gün Azərbaycan dedikdə 44 günlük müharibədə inanılmaz zəfər çalmış, həmin günə qədər dünyanın heç bir ölkəsində mövcud olmayan strategiya ilə torpaqlarını geri qaytarmış olan və ötən üç il ərzində inkişafının ən yüksək zirvəsinə çatan Azərbaycan göz önünə gəlir.7 fevral tarixində keçiriləcək seçki bir daha Azərbaycan xalqının arzusunun, etimadının, iradəsinin nümayişi və təsdiqinə çevriləcək. Xalqımız birmənalı olaraq öz liderinə, xilaskar prezidentinə və yenilməz sərkərdəsinə səs verəcək. Bu seçki nəticəsində Azərbaycan daha parlaq və daha inkişaf etmiş günlərini yaşayacaq. Biz seçkilərdə xalqımıza, Azərbaycan sevərlərə, damarında Azərbaycanlı qanı axan hər bir insanımıza uğurlar arzu edirik. Seçkilərə ay yarım zaman qalmağına baxmayaraq seçkinin Azərbaycanda baş tutduğunu söyləyə bilərik. Bunu mən tam cəsarətimlə deyirəm. Çünki biz davamlı olaraq seçicilərin yanındayıq. Seçicilərlə davamlı olaraq keçirdiyimiz görüşlərdə illərdir gəldiyimiz qənaət bundan ibarətdir ki, Azərbaycan xalqının bir seçimi var və o da İlham Heydər oğlu Əliyevdir.

Jalə Əliyeva, Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini